“Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir” - TÜRK PA-nın baş katibi

“Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir” -   TÜRK PA-nın baş katibi
  14 İyun 2019    Oxunub:1851
"Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir. Ölkədə qadınlarla bağlı əməli addımlar atılır. Türk xalqları qadınlara əvəzolunmaz varlıq kimi yanaşır”.
Azvision.az xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, TÜRK PA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər: “Üzv ölkələrdə gender bərabərsizliyi ilə normativ hüquqi baza yaradılıb. Son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadırlar. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: TÜRKPA  





Xəbər lenti