16 milyondan imtina etdi

16 milyondan imtina etdi
  27 Noyabr 2013    Oxunub:1386
Lotereyada 16 milyon dollar qazanan şəxs pulunu götürməyə gəlməyib
Lotereyanın təşkilatçıları uduşlu biletin artıq istifadə müddətinin bitdiyini və qalibin daha cekpot məbləği götürə bilməyəcəyini bildiriblər.

AzVision.az Amerika mətbuatına istinadən xəbər verir ki, Florida ştatında keçirilən Powerball lotereyasında 16 milyon dollar qazanan naməlum şəxs qazandığı pulların arxasınca gəlməyib. Uğurlu bilet bu ilin mayında Tampa şəhərindəki supermarketlərdən birində satılıb. Powerball lotereyasının şərtlərinə əsasən qalib cekpot məbləğini uduşdan sonra altı ay müddətində götürə bilər.

“Belə hadisələr çox nadir hallarda baş verir. Biz anlaya bilmirik ki, nə səbəbə heç kəs pulu götürməyə gəlməyib. Çox güman ki, qalib ya biletini unudub, ya da tullayıb” – deyə lotereyanın təşkilatçılarından biri bildirib.

Amerika mətbuatının məlumatına görə bu, 2003-cü ildən bəri sahibsiz qalan ən böyük uduş məbləğidir. 2003-cü ildə 53,7 milyon dollar qazanan biletin sahibi pulunu götürməyə gəlməmişdi.

Amerika lotereya tarixində rekord uduş məbləği – 656 milyon dollar olan loto keçən ilin martında məşhur “Meqa Million” lotoda oynanılmışdı. Həmin vaxt eyni vaxtda 3 bilet qalib gəlmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti