Xaçaturyan bacılarının rezonans doğuran cinayəti
İstintaq materiallarına əsasən, 57 yaşlı Mixail Xaçaturyan Moskvadakı evində uç qızı tərəfindən qətlə yetirilib. Qızları Xaçaturyanın boynuna və sinəsinə çoxlu sayda bıçaq zərbələri endiriblər.
Hadisə ilə əlaqədar 19 yaşlı Kristina, 18 yaşlı Angelina və 17 yaşlı Marina saxlanılıb. Bacılar ataları Mixail Xaçaturyanın onlara qarşı mütəmadi olaraq fiziki və mənəvi, o cümlədən seksual xarakterli zor tətbiq etdiyini bildirirlər.
Azvision.az