Mariya Zaxarova: “Bakını çox sevirəm”

     Mariya Zaxarova:    “Bakını çox sevirəm”
  15 İyun 2019    Oxunub:3898
"Bir il bundan öncə Bakıda olmuşdum. Məni çox gözəl qarşılamışdılar. Çox xoşuma gəldi. Sözsüz ki, mən Bakını çox sevirəm”.
Bnu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “TASS” agentliyinin Azərbaycan əsilli jurnalist Səadət Kadırovanın müəllifi olduğu "kadyrovaonline" YouTube kanalında yayımlanan "Meçtı sbıvayutsya-Arzular gerçəkləşir" verilişində deyib.

Ötən yay Bakıda keçirilən "Jara" musiqi festivalı zamanı Bakıya səfərindən danışan Mariya Zaxarova Azərbaycan paytaxtına heyran qaldığını söyləyib: "Hesab edirəm ki, Bakı açıq səma altında muzeydir. Bakını ilk dəfə müasir görünüşdə təxminən 6 il bundan qabaq görmüşdüm. Hər dəfə də görəndə bu şəhər daha gözəlləşir. Mənə elə gəlir ki, Bakıda olan bu dəyişiklik, o zaman baş verdi ki, nə zaman ki, neft və qazın qiyməti kəskin aşağı düşdü və Azərbaycan istiqaməti turizmə yönəltməyə başladı. Anam mənə dedi ki, Bakıda Xalça muzeyinə gedim. Mən əvvəlcə etiraz etdim, dedim ki, daha yaxşı olar ki, şəhəri gəzim. Xalça muzeyinə getdim. Əlbəttə ki, bu fantastika idi. Bura sadəcə xalçaların nümayiş olunduğu bir yer deyildi. Azərbaycanın hər bir regionun öz xalçaçılıq məktəbi burda nümayiş olunurdu. Bu məktəblər indiyə qədər saxlanılıb. Bu fantastik bir şeydir".

M. Zaxarova Azərbaycan mətbəxinə olan münasibətindən də danışıb: "Azərbaycan mətbəxini Qafqaz mətbəxi kimi səciyyələndirirəm. Qafqaz mətbəxini sevirəm. Ət yeməklərini sevirəm. Amma bu o demək deyil ki, mən çox ət yeyənəm. Misal üçün "amerikan steyki" mənim üçün heç nə demir". (APA)

Azvision.az


Teqlər: Zaxarova   Rusiya   XİN   Bakı  





Xəbər lenti