Ermənilər Tovuza yol çəkir

Ermənilər Tovuza yol çəkir
  27 Noyabr 2013    Oxunub:1308
Ermənistan Naxçıvanla sərhəddə hərbi istehkamlarını gücləndirəcək.

AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə naziri Seyran Ohanyan bildirib.

Erməni nazir jurnalistlərə açıqlamasında vurğulayıb ki, sərhəddə atəşkəsin mütəmadi olaraq pozulması ilə əlaqədar sərhəd bölgələrdə müdafiə sistemi möhkəmləndiriləcək.

Ohanyan həmçinin qeyd edib ki, cəbhə yaranan təhlükəyə görə, Azərbaycanın Tovuz rayonu istiqamətində yeni yol çəkiləcək.
Nazir buna köhnə yolun atəş radiusunda olduğunu əsas gətirib.

"Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantıdır. Bu, bizim hərbi doktrinamızda da göstərilib. Əgər təhlükə yaranarsa, qarşıdakı hədəfləri birgə yerinə yetirəcəyik"-deyə Ohanyan əlavə edib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti