Eniş zamanı təyyarənin şassisi partladı

  17 İyun 2019    Oxunub : 1281
Eniş zamanı təyyarənin şassisi partladı
Türkiyənin Milas Bodrum hava limanında qorxulu anlar yaşanıb.
Azvision.az xəbər verir ki, aeroportda eniş edən təyyarənin şassisi partlayıb. Özəl şirkətə məxsus olan təyyarə bu səbəbdən enmə zolağından çıxıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Əraziyə xilasedici briqadalar cəlb olunub. Qəza ilə əlaqədar hava limanında müvəqqəti olaraq enmə və qalxma dayandırılıb.

Azvision.az

Teqlər: Bodrum   Təyyarə