6 mindən çox bakalavr ixtisaslaşma seçimi edib

  17 İyun 2019    Oxunub : 788
6 mindən çox bakalavr ixtisaslaşma seçimi edib
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, iyunun 17-si saat 10:40-a olan məlumata görə, ümumilikdə 6381 nəfər (Azərbaycan bölməsi üzrə 5874, rus bölməsi üzrə 507) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.

“Magistr” jurnalının bu il nəşr olunan 4 nömrəli buraxılışının 42-ci səhifəsində Bakı Ali Neft Məktəbinə qəbul üçün 248116 kodlu Biznesin idarə edilməsi (MBA proqramı üzrə) ixtisası Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə ikili diplom proqramı olaraq göstərilib. Həmin ixtisas üzrə təhsil ingilis dilindədir və proqramı müvəffəqiyyətlə bitirən hər bir tələbəyə yekunda yalnız Bakı Ali Neft Məktəbinin diplomu verilir.

Azvision.az

Teqlər: DİM