Ağstafada dəhşətli cinayət: 4 nəfər qətlə yetirilib - (Yenilənib)
Bundan başqa, Şərqiyyə Musayeva və övladları - Şəmiddin Musayev və Novruz Musayev, eləcə də satıcı Zeynəb Cəlilova hadisə yerində ölən şəxslərdir.
Qətli törədən şəxs isə 1994-cü il təvəllüdlü Elnur Süleymanovdur.
***
Ağstafa rayonunda bazarda 4 nəfər güllələnərək qətlə yetirilib.
Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb. Belə ki, naməlum şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: Ağstafa