Prezidentdən kiçik ada dövlətləri ilə bağlı yardım çağırışı

   Prezidentdən kiçik ada dövlətləri ilə bağlı yardım çağırışı
  13 Noyabr 2024    Oxunub:742
COP29-a ev sahibliyi edən ölkə olaraq, Azərbaycanın inkişaf edən kiçik ada ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Onların səsi bu gün qlobal səhnədə eşidilməlidir.
AzVision.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.

“Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, - deyə dövlətimizin başçısı bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti