Peşə təhsilinin inkişafı ilə bağlı müzakirələr

Peşə təhsilinin inkişafı ilə bağlı müzakirələr
  17 İyun 2019    Oxunub:2293
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İnsan Resursları və Peşə Təlimi və Təhsili İşçi Qrupunun növbəti görüşü baş tutub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Azvision.az -a bildirilib ki, peşə təhsili sahəsində əməkdaşlıq mövzusuna həsr olunan görüşdə inşaatçı ixtisasının Almaniyanın dual təlim sisteminə uyğun səriştə əsaslı praktik tədrisi məqsədilə ikitərəfli saziş imzalanıb.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazov və “Knauf Marketing Baku” şirkətinin tədris işləri üzrə meneceri Aydın Hacıyev Azərbaycanda peşə məktəblərinin biznes tərəfdaşları ilə əməkdaşlığı haqqında məlumat veriblər.

“AHK Azərbaycan”ın peşə təhsili üzrə rəhbəri Maqnus Müller Almaniyada ikili peşə təhsili sistemi haqqında məruzə təqdim edib. Təqdimatdan sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb və görüş müzakirələrlə davam edib.

Azvision.az



Teqlər: Peşə-təhsili  





Xəbər lenti