İlham Əliyevi təbrik edən xanım prezident – ARAYIŞ, FOTOLAR

İlham Əliyevi təbrik edən xanım prezident – ARAYIŞ, FOTOLAR
  27 Noyabr 2013    Oxunub:1884
Bu gün Kosta-Rikanın prezidenti Laura Çinçilya Azərbaycanın dövlət başçı İlham Əliyevi yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
55 yaşlı Laura Çinçilya öz siyasi karyerasına 1990-cı illərin əvvəllərində başlayıb. Buna qədər müxtəlif beynəlxalq təşkilatlarda hüquq üzrə məsləhətçi kimi çalışıb. Fəaliyyətinin əsas istiqamətlərindən biri Latın Amerikası ölkələrində, xüsusilə də Kosta-Rikada polis sistemində islahatların aparılması olub.

1994-1996-cı illərdə ölkəsində İctimai Təhlükəsizlik nazirinin müavini, 1996-1998-ci illərdə nazir vəzifəsində işləyib. 2010-cu ilin prezident seçkisinə sağçı Milli Azadlıq Partiyasının namizədi kimi qatılıb və qalib gəlib.

Prezident seçiləndən sonra atdığı ilk addımlardan biri qadınlar üçün həftədə 3 istirahət gününün tətbiqi olub.

Əsas hədəflərindən biri Latn Amerikası regionunda narkobiznesin zəiflədilməsidir. Obama ilə görüşündə də bu məsələni müzakirə etmişdi.

Xanım Çinçilya hazırda ikinci dəfə ərdədir. Bir oğlu var. Prezident seçkisində qalib gələrkən əri Mariya Rikonu öpdüyü şəkil bir neçə il öncə internetdə xeyli məşhurlaşmışdı.

O, Latın Ameikasının taixində 5-ci, ölkəsində isə 1-ci qadın prezidentidir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti