Oftalmoloqlarımız beynəlxalq konqresdə iştirak ediblər

  17 İyun 2019    Oxunub : 667
Oftalmoloqlarımız beynəlxalq konqresdə iştirak ediblər
Azərbaycan oftalmoloqları Fransanın Nitsa şəhərində keçirilən SOE (European Society of Ophthalmology) 2019 konqresində iştirak ediblər.
Azvision.az -ın məlumatına görə, konqresdə dünyada oftalmologiya sahəsindəki elmi yeniliklər, müasir texnologiyalar və yeni biliklər müzakirə edilib.

Dünyanın bir çox ölkələrinin oftalmoloqlarının iştirak etdiyi konqresdə Azərbaycanı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Fərəh Abduləliyeva, Fidan Ağayeva, Yazgül Abdıyeva və s. təmsil edib.

Azvision.az

Teqlər: