Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür edib

  17 İyun 2019    Oxunub : 3269
 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür edib
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçən hər kəsə təşəkkür edib.
Azvision.az xəbər verir ki, A.Səmədbəyli bu barədə “Facebook” səhifəsində yazıb.

O, cənazə xərclərini öz üzərinə götürdüyünə və çələng göndərdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan) torpağa tapşırılıb.

Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Elçibəy