Müdafiə naziri yeni təlim mərkəzinin açılışında - FOTOLAR+VİDEO

   Müdafiə naziri yeni təlim mərkəzinin açılışında -  FOTOLAR+VİDEO
  18 İyun 2019    Oxunub:6047
Bu gün Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.
Azvision.az -ın məlumatına görə, mərkəz haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb.




Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Müdafiə naziri poliqonun ərazisindəki hərbi infrastruktur obyektlərinə baş çəkib, müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərini izləyib.































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi   Təlim   Mərkəz  





Xəbər lenti