Bu ərazidə təmir işləri aparılır

Bu ərazidə təmir işləri aparılır
  18 İyun 2019    Oxunub:1996
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından etibarən iyun ayının 22-nə kimi Bakı-Quba-Rusiya Gederasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-132-ci km-lik hissəsində avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, sürücülərdən sözügedən yol ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol  





Xəbər lenti