Ordumuzun helikopter parkı yenilənib - VİDEO

  Ordumuzun helikopter parkı yenilənib -  VİDEO
  18 İyun 2019    Oxunub:4040
"Hər bir Ordunun inkişafı şəraitə uyğun həyata keçirilir. Bu gün Ordumuzun istifadəsində olan hərbi təyyarələr təkmilləşdirilib və qarşıda duran vəzifələri yerinə yetirməyə hazırdır"

Azvision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir bildirib ki, Ordumuzun helikopter parkı müasir formada yenilənib. Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələrinin yenilənməsi ilə bağlı işlər aparılır.

"Bir neçə layihə üzərində işlənilir. Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir".



Anar Kəlbiyev
Video: Əhməd Xəlilov

Azvision.az


Teqlər: Zakir-Həsənov  





Xəbər lenti