İşsiz kişilər tez qocalır

İşsiz kişilər tez qocalır
  27 Noyabr 2013    Oxunub:1562
Uzun müddət işsiz qalmaq kişilərdə yaşlaşma prosesini sürətləndirir. Bu kəşf Londondakı İmperiya kolleci və Finlyandiyanın Oulu universitetlərinin alimlərinə məxsusdur. Onların məlumatına görə, 2 ildən çox çalışmayan insanlar yaşıdlarından tez qocalırlar.
Tədqiqatçılar 1966-cı il təvəllüdlü 5 min 500 fin kişi və qadının DNT nümunələrini analiz ediblər. Alimlər təcrübədə iştirak edənlərin qan hüceyrələrindəki telomer nümunələrinin uzunluğunu müəyyən ediblər. Bu proses 1997-ci ilə, iştirakçıların 31 yaşı olarkən həyata keçirilib. 17 il sonra isə tədqiqatlar göstərib ki, 2 və daha artıq müddətə işləməyən şəxslərin telomer nümunələri sabit çalışanlarla nisbətdə daha qısadır.

Telomerlər insan həyatı boyunca qısalır və onun bioloji yaşının markeridir. Telomerlər nə qədər qısa olarsa, kişinin müxtəlif dövri xəstəliklərə yoluxması və erkən önüm ehtimalları daha çox artır.

Qadınlarda isə bu, müşahidə olunmur. Oulu universitetinin doktoru Lina Ala-Mursulanın fikrincə, eksperimentlərin nəticələri iş sahibi olmağın sağalam həyat tərzinin tərkib hissəsi kimi təbliğinin önəmini göstərir.

Vüqar


Teqlər:  





Xəbər lenti