Zelenski Putinə demək istəyir: “Krım Ukraynanındır”
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zelenski görüşə “Donbass və Krım Ukraynanındır” cümləsi ilə başlayacağını bildirib. O, yarımadanın Ukraynaya qayıdacağına ümidvar olduğunu, Krımı sevdiyini və əvvəllər ora tez-tez getdiyini deyib.
Aprelin sonunda Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Zelenski ilə Minsk sazişləri və Donbassda vəziyyətinin həll edilməsi mövzusuna dair diskussiya aparmaq istəyir.
Ukraynalı lider isə əvvəlcə Putinlə təkbətək görüşmək niyyətində olmadığını desə də, sonra Rusiya tərəfi ilə danışıqlar aparmağa hazır olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, “Ukrayna ilə təhdid dilində danışmaq olmaz”.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Zelenski Putin Krım Ukrayna Donbas