“70 ildə ilk dəfədir ki, belə hadisə baş verib” - Müdafiə naziri
“Seyfəli" poliqonu sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Bizim tankın təlim mərmisi qayaya dəyib və 18 km uçub gedib evə dəyib. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ordu tərəfindən ödəniləcək. 70 ildə birinci dəfədir ki, belə hadisə baş verib. Xoşbəxtlikdən mərmi təlim mərmisi olub, döyüş mərmisi olmayıb. Əgər döyüş mərmisi olsaydı, faciə baş verərdi”.
Nazir qeyd edək ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilib-etdirilməməsi ilə bağlı qərar veriləcək.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: