Mübariz İbrahimovun şəhadətindən 9 il ötür
2010-cu ilin iyunun 18-də gecə saatlarında gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv edib. Sonra düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşüb. M.İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.
Azvision.az