Dövlət qulluqçusu olmaq istəyənlər sınağa çəkiləcək

Dövlət qulluqçusu olmaq istəyənlər sınağa çəkiləcək
  18 İyun 2019    Oxunub:2235
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, AA, AB, AC, BA, BB qrupları üzrə iyunun 21-də və 25-də keçiriləcək sınaq imtahanları saat 10:00-da başlanacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq iyunun 21-də və 25-də saat 9:00-da başa çatacaq. Qeydiyyat üçün linkinə daxil olmaq lazımdır.

Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir. Təkrar imtahanda iştirak etmək istəyənlər bunu nəzərə almalıdırlar.

Azvision.az



Teqlər: DİM   İmtahan   Sınaq  





Xəbər lenti