“Putinlə deyil, sakinlərlə danışmaq lazımdır” - Zelenskiyə cavab
“Biz Ukrayna prezidentinin işlətdiyi o ifadələri gördük. Donbassla bağlı Putinlə deyil, oranın sakinləri ilə danışmaq lazımdır. Krımla bağlı isə deyiləcək bir şey yoxdur”.
O, həmçinin Rusiya prezidentinin Zelenski ilə görüşəcəyi təqdirdə ilk işlədəciyi ifadələrlə bağlı deyib ki, Putin həmişə “doğru ifadələrlə” söhbətə başlayır.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi təqdirdə söhbətə hansı sözlə başlayacağını açıqlayıb. Zelenski görüşə “Donbass və Krım Ukraynanındır” cümləsi ilə başlayacağını bildirib.
Şahanə Rəhimli
Azvision.az