Nazirlik şəhid qızının müraciətinə cavab verdi

"K.Yusifqızı özü də qeyd etdiyi kimi, anası Məmmədova Suvara İsfəndiyar qızı şəhid ailəsi kimi 2014-cü ildə Abşeron rayonunda mənzil növbəsinə durub. Anası vəfat edib, hazırda atasının yeganə varisi odur.
Mənzil növbəsinə götürülmüş şəhid ailəsi üzvü vəfat etdiyi halda isə, qanunvericiliyə əsasən, növbəlilik digər şəhid ailəsi üzvünün adına dəyişdirilməlidir. Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil növbəsinə götürülməsi kimi, növbənin dəyişdirilməsi də müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir. Digər tərəfdən, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı yalnız növbəlilik prinsipi əsasında, tam şəffaf şəkildə həyata keçirilir.
Onu da bildirək ki, ötən il şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edilib, cari ildə isə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcək".
Azvision.az
Teqlər: