5 yaşayış məntəqəsinin yolu yenidən qurulur
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yolboyu 130 min kvadratmetr sahədə yol əsasının alt və üst layının inşası işləri aparılır. Bundan başqa, yolun kənarı ilə səth sularının kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa olunur, həmçinin zəruri ərazilərdə istinad divarları tikilir. Daha sonra yola iri və xırda dənəli asfalt-beton örtüyü döşənəcək. Son mərhələdə yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Yolun yenidən qurulması ilə vətəndaşların istər rayon mərkəzinə, istərsə də Ələt-Astara magistral avtomobil yolu vasitəsi ilə respublikanın digər şəhər və rayonlarına rahat gediş-gəlişi təmin olunacaq.
Azvision.az
Teqlər: