Avropa İttifaqı Rusiyaya cavab verdi - VİDEO

Avropa İttifaqı Rusiyaya cavab verdi - VİDEO
  27 Noyabr 2013    Oxunub:1241
Avropa İttifaqının prezidenti Herman Van Rompa və Avropa Komissiyanın prezidenti Jose Manuel Barozo Ukrayna ilə bağlı birgə bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, Ukraynanın, Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Zonası Paktı(DCFTA) imzalamaqla əlaqədar hazırlıq işlərini müvəqqəti dayandırması məsələsi ilə bağlı Avropa İttifaqının (Aİ) mövqeyi dəyişilməz və aydın olaraq qalır. İmzalanma təklifi hələ də masa üzərindədir.

Bu barədə AzVision.az Aİ-nin rəsmi saytına istinadən məlumat verir.

Sənəddə həmçinin qeyd olunur ki, qurum, heç də Rusiyanın iddia etdiyi kimi paktı imzalaması üçün Ukraynaya heç bir təzyiq göstərmir: “Bu Ukrayna rəhbərliyinin öz siyasi istəyinə bağlıdır. Biz əminik ki, Assosiasiya Sazişi və DCFTA imzalanması Ukraynanın iqtisadi cəhətdən inkişafına, yeni islahatların qəbul olunmasına, ümumilikdə bütün ukraynalılar üçün çiçəklənən gələcək qurulmasına, müasirləşməyə yol açacaq. Avropa İttifaqı bu təklini qəbul edən hər bir ölkəyə dəstəyini əsirgəməyəcək.

O ki qaldı Ukraynanın üzləşdiyi təzyiqlərə, əminliklə qeyd etməliyik ki, müvəqqəti çətinliklər qarşılıqlı əməkdaşlıq nəticəsində əldə olunacaq kara heç bir mənfi təsir göstərməyəcək. Avropa İttifaqı nə Ukraynanı , nə də ki, başqa tərəfdaşlarına Avropa İttifaqı və ya digər bir regional qurum aasında seçim etməklə bağlı təzyiq göstərməyəcək. Avropa İttifaqı ilə necə əməkdaşlıq etmək Ukraynanın öz seçimidir. Son bir neçə gündə Ukrayna vətəndaşları Avropanın tarixini dərk etdiklərini və onunla qucaqlaşmaq arzusunda olduqlarını göstərdilər.

Bu baxımdan Rusiyanın mövqeyinin və bu istiqamətdə atdığı addımların tamamilə əksinəyik. Buna baxmayaraq Aİ, Rusiya ilə də əməkdaşlığa daim hazırdır.”

Qeyd edək ki, Avropa İttifaqı bu həftə Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlaşır. Ukraynada isə Avropa İttifaqı ilə assosiativ razılaşmanın imzalanması tələbi ilə bağlı etiraz aksiyaları davam edir.

Səbinə Həsənova






Teqlər:





Xəbər lenti