Rusiya aviaşirkəti Azərbaycandan üzr istəyib
Redaksiyadan həmçinin bildiriblər ki, jurnalın iyun nömrəsinin nüsxələri bütün təyyarələrdən yığışdırılıb, həmçinin jurnal həmin reklamı verənlə müqaviləni ləğv edib.
Xatırladaq ki, “UAM” jurnalının sözügedən nömrəsində “Günəşli Ermənistana vertolyot turları” başlıqlı reklam yerləşdirilmişdi. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmiş, həmçinin işğal olunmuş ərazilərə vertolyot turlarının təşkili barədə elan yerləşdirilmişdi.
Azvision.az
Teqlər: Rusiya Aviaşirkət