Xaricə 39 milyon dollarlıq fındıq ixrac olunub

Xaricə 39 milyon dollarlıq fındıq ixrac olunub
  19 İyun 2019    Oxunub:2965
2019-cu ilin 5 ayı ərzində sənaye məhsullarının ixracı 11 milyon dollar artıb.
Azvision.az xəbər verir ki, bunu AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

O qeyd edib ki, 2019-cu ilin əvvəlindən bu günə qədər geri ödənilən ixrac təşviqinin məbləği 5 milyon 42 min manat olub:

"Beynəlxalq sərgilər və tədbirlərdə 3 milyon ABŞ dolları dəyərində müqavilələr imzalanıb ki, 1 milyon dollarlıq məhsul ixrac edilib. İstehsalın və ixracın dəstəklənməsi məqsədilə bu il 4 xarici ölkəyə 5 ixrac missiyası təşkil olunub. Car ilin ilk aylarında Azərbaycanın ixrac missiyası Çin, Polşa, Latviya və Qətərə səfər edib. 2019-cu ilin iyun və iyul aylarında isə İsveçrənin Sürix və Bern şəhərlərinə, Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil olunacaq".

Y.Abdullayevin sözlərinə görə, ixrac məhsullarının 38,96 milyon dolları fındıq, 12,21 milyon dolları alma, 37,52 milyon dolları pambıq lifi və tullantılar, 6,45 milyon dolları pambıq iplik, 25,46 milyon dolları pomidor, 1,78 milyon dolları soğan, spirtli və spirtsiz içkilər isə 5,61 milyon dollar təşkil edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məhsul   Sənaye   İxrac   AZPROMO  





Xəbər lenti