Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

   Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək
  19 İyun 2019    Oxunub:1360
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.



Azvision.az


Teqlər: Azərbaycan   Gürcüstan   Türkiyə  





Xəbər lenti