907-ci düzəliş ABŞ - Azərbaycan əməkdaşlığına maneədir

907-ci düzəliş ABŞ - Azərbaycan əməkdaşlığına maneədir
  28 Noyabr 2013    Oxunub:2445
907-ci düzəlişin ləğvi ABŞ və Azərbaycan arasında səmərəli əməkdaşlığa doğru daha bir addım olacaq.
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurası ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, AmCham-dan çərşənbə günü verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Ceyms MakDermot (Vaşinqtonun 7-ci dairəsi), Ceyms P.Moran (Virciniyanın 8-ci dairəsi), Eddi Bernis Conson (Texasın 30-cu seçki dairəsi), Billi Lonq (Missurinin 7-ci dairəsi) və Donald M.Peyn (Nyu Cersinin 10-cu dairəsi) kimi konqresmenlər daxil idi.

Azərbaycan-ABŞ əlaqələrinin inkişaflna yönəlmiş görüş zamanı əhatə olunan məsələlərdən biri ABŞ şirkətlərinin Azərbaycanda aşağı səviyyədə təmsil olunması idi. Bu məsələ Azərbaycan və ABŞ şirkətlərinin və ABŞ hökumətinin sıx əməkdaşlığı vasitəsilə təkmilləşdirilə bilər.

Qeyd edək ki, 907-ci bölmənin aradan qaldırılması ABŞ və Azərbaycan arasında səmərəli əməkdaşlığa doğru daha bir addım olacaq. ABŞ Prezidenti Barak Obama bu bölmənin ləğv olunmasından hər il imtina etməyinə baxmayaraq, uzun çəkən imtina prosesi hökumətlər arasında əməkdaşlıq üçün maneə yaradır.

Konqresmenlər AmCham-a dəyişikliyin tam aradan qaldırılması üçün daha fəal olmağı və ümumiyyətlə, ABŞ-ın siyasi və biznes arenasında daha çox iştirak etməyi tövsiyə edib. AmCham daim daha əlverişli biznes mühitinə nail olmaq üçün Azərbaycan höküməti ilə uğurlu danışıqlar aparır. Bu uğurun göstəricilərindən biri Azərbaycan dövlət və biznes strukturlarında şəffaflığın artmasıdır. Məsələn, "ASAN xidmət", elektron hökumət, elektron xidmətlər və elektron imza.

AmCham Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham 260-dan çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. Palata Azərbaycanda xarici investisiyaların 80%-i, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. AmCham-ın sahə komitələri vasitəsilə Palatanın üzvləri məlumatlarla bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edirlər. AmCham üzvü olaraq, şirkət və təşkilatlar Azərbaycan və ABŞ hökumətlərində biznes, informasiya və əlaqələrin geniş bazasına daxil olma imkanı qazanır.


Teqlər:





Xəbər lenti