“Sanksiyalar insanlığa qarşı cinayətdir” - Ruhani ABŞ-a səsləndi

“Sanksiyalar insanlığa qarşı cinayətdir” -  Ruhani ABŞ-a səsləndi
  19 İyun 2019    Oxunub:2284
“Bu, sanksiya deyil, insanlığa qarşı cinayətdir. Bu gün İran xalqına qarşı amerikalıların etdikləri sanksiya çərçivəsindən kənara çıxır“
Azvision.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

“Əgər onlar bizim vacib sahələrimizin bəzilərini boykot etsəydilər, bu sanksiya adlanardı. Ancaq onlar insanların həyatına, qida və ehtiyaclarına sanksiya qoyublar ki, bu da insanlığa qarşı cinayətdir, iqtisadi terrordur".

Ruhani Nazirlər Kabinetinin iclasında ABŞ-ın və nüvə sazişinə imza atan digər ölklərin öhdəliklərini yerinə yetirmədiklərini qeyd edib.

"Nüvə razılaşmasının mahiyyəti, İranın dünya ilə ticarət və iqtisadi əməkdaşlığı, eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarət qrupu bir tərəfdən ciddi şəkildə zərər gördü", - deyə İran prezidenti vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ruhani   Sanksiya   ABŞ  





Xəbər lenti