Şahzadənin korteji 83 yaşlı qadını vurdu

Şahzadənin korteji 83 yaşlı qadını vurdu
  19 İyun 2019    Oxunub:1588
Böyük Britaniyada Şahzadə Uilyam və həyat yoldaşı Ketrin Middltonun atvomobil karvanındakı motosikletli polislərdən biri 83 yaşlı qadını vurub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı hersoq və hersoqinya Londondan təntənəli mərasim üçün Vindzora doğru gedirmişlər.

Yolu açan polislərdən biri motosikletlə qarşıdan gələn 83 yaşlı İren Mayoru vurub. Yaralanan qadını təcili xəstəxanaya çatdırıblar. Həkimlərin sözlərinə görə, qadının vəziyyəti ağır qiymətləndirilir.

Şahzadə və həyat yoldaşı bu hadisədən çox narahat olub. Onların təmsilçisi İrenə baş çəkib. Yaralı qadının müalicəsi nəzarətə götürülüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şahzadə   Polis   Piyada  





Xəbər lenti