Təhsil naziri: “Nəticələr ildən-ilə yaxşılaşır”
Nazir qeyd edib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələri və yerli təhsili idarəetmə orqanları üçün prioritet olmalıdır.
"Beynəlxalq olimpiadalarda nəticələr ildən-ilə yaxşılaşır və qısa müddətdə mühüm nailiyyətlər əldə edilib. Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir".
Aytən Zəhra
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi