Azərbaycan dünya çempionatının liderlər qrupundadır

  27 Noyabr 2013    Oxunub : 547
Azərbaycan dünya çempionatının liderlər qrupundadır
Antalyada (Türkiyə) kişi şahmatçılardan ibarət 10 ən güclü yığma komandanın iştirakı ilə komanda dünya çempionatı keçirilir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, birinci turdan sonra komandaların vəziyyəti belədir: Azərbaycan, Almaniya, Çin, Ukrayna – hərəsi 2 xal, Ermənistan, Rusiya – hərəsi 1 xal, Niderland, ABŞ, Türkiyə, Misir – hərəsi 0 xal. İkinci turda aşağıdakı komandalar qarşılaşacaqlar: Azərbaycan-Niderland, ABŞ-Rusiya, Çin-Ukrayna, Misir-Ermənistan və Almaniya-Türkiyə.

Noyabr ayının birinci yarısında Varşavada əlli komandanın iştirakı ilə İsveçrə sistemi üzrə keçirilmiş komanda Avropa çempionatından fərqli olaraq dünya birinciliyində yalnız dünyanın ən yaxşı yığma komandaları iştirak edir. Bu yarışlar bir dövrədən ibarət olacaq.

Şahmat üzrə dünya komanda çempionatları 1985-ci ildən keçirilir və şahmat olimpiadaları ilə yanaşı, yığma komandaların əsas şahmat turniri hesab edilir. 2005-ci ilə qədər komanda dünya çempionatları dörd ildə bir dəfə, sonra 2010-cu və 2011-ci illərdə keçirilib.

Qadınlar arasında komanda dünya çempionatı 2007-ci ildən başlayaraq iki ildə bir dəfə keçirilir.

Teqlər: