ABŞ-la Çin arasında danışıqlara start verilir

ABŞ-la Çin arasında danışıqlara start verilir
  20 İyun 2019    Oxunub:1853
ABŞ prezidenti Donald Trampla Çin lideri Si Cinpinin “Böyük-20”liyin sammiti çərçivəsində keçiriləcək görüşündən öncə ABŞ və Çin nümayəndələri arasında dialoq baş tutacaq.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçinlə Çinin baş nazirnin müavini Liu He arasında görüş olacaq.

Nümayəndələr Palatasının Yollar və Mənbələr Komitəsinin iclasında danışan Laythayzer bildirib ki, iki gün ərzində Liu He ilə telefonla danışacaq və görüşü maliyyə naziri Stiven Mnuçin də iştirak etməklə Yaponiyada davam etdirəcəklər.

"China Daily" qəzeti bəyan edib ki, hər iki tərəf ciddi dialoq ab-havasındadır, ancaq hər şeyi bir toplantı ilə həll etmək mümkün deyil.

Kommunist partiyasının mətbu orqanı olan “Xalqın günlüyü” qəzeti isə iddia edir ki, Çinin dirənməsi və qorxmaması gərəkdir. Tərəflər arasında gec və ya tez anlaşma olacaq. Ancaq Çin səbirsizlikdən və ya qorxudan geri addım atmamalıdır.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Çin   ABŞ  





Xəbər lenti