Elektron siqaret 17 yaşlı oğlanın ağzında partladı

Elektron siqaret 17 yaşlı oğlanın ağzında partladı
  20 İyun 2019    Oxunub:2604
ABŞ-ın Nevada ştatında yeniyetmə oğlanın ağzında elektron siqaret partlayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı Austin Adams adlı şəxs siqareti tərgitmək istəyib. Bu məqsədlə anası ona elektron siqaret hədiyyə edib. İlk dəfə elektron siqaretdən istifadə edən oğlan gözlənilməz hadisə ilə rastlaşıb. Belə ki, "siqaret" onun ağzında partlayıb. Nəticədə çənə nahiyəsindən xəsarət alan Adams təcili xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Həkimlərin dediyinə görə, partlayışın təsirindən yeniyetmənin bir neçə dişi qopub. Məlum hadisədən sonra Adams bir daha siqaret çəkməyəcəyinə söz verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Elektron   Siqaret  





Xəbər lenti