Erməni məmur ölkədən qaçarkən tutuldu

 Erməni məmur ölkədən  qaçarkən tutuldu
  20 İyun 2019    Oxunub:1527
Ermənistan baş nazirinin sabiq müavini Armen Qevorkyan ölkəni tərk etməyə çalışarkən sərhəddə saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Jamanak " qəzeti məlumat yayıb. O, hava limanının əməkdaşlarına məhkəmənin ölkəni tərk etməsinə icazə verməsi ilə bağlı qərarı göstərsə də, ona ölkəni tərk etməyə icazə verilməyib.

Qeyd olunub ki, yüksək instansiyalardan onun ölkəni tərk etməsi ilə bağlı qadağa qoyulub. Bildirilib ki, qadağanın ləğv edilməsi isə məhkəmənin qərarı ilə deyil həmin şəxslərin göstərişindən sonra mümkün olacaq.

Qeyd edək ki, A.Qevorkyan Konstitusiya quruluşunun devirilməsinə kömək etməkdə, külli miqdarda rüşvət almaqda, “çirkli pulların yuyulması”nda ittiham edilir.

Şahanə Rəhimli

Azvision.az



Teqlər:





Xəbər lenti