Avropa Parlamenti Rusiyanın qonşulara təzyiqlərini pislədi

Avropa Parlamenti Rusiyanın qonşulara təzyiqlərini pislədi
  28 Noyabr 2013    Oxunub:953
Avropa Parlamentinin prezidenti Mantin Şults Gürcüstan və Moldovanı təbrik edib, Ukrayna və Ermənistanın isə assosiasiya sazişinin imzalamaqdan imtina etməsindən təəssüflənib. AzVision.az xəbər verir ki, bu barədə Avropa Parlametninin saytındakı press-relizdə bildiridir.

“Ukrayna və Ermənistanın sazişi imzalamaqdan imtina qərarını xarici təzyiq altında qəbul etməsi xüsusilə kədərlidir. Biz açıq və möhkəm səslə bəyan etməliyik ki, Rusiyanın qonşularına qarşı siyasi və iqtisadi təzyiqləri yolverilməzdir” - Martin Şults bildirib.

Avropa Parlamentinin prezidenti onu da xatırladıb ki, Avropa Birliyi ilə assosiasiya sazişinin “qapısı açıqdır” və Avropa bölgə xalqlarının Avropa ümidlərinə “yox” deməyəcək.


Teqlər:





Xəbər lenti