Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

  20 İyun 2019    Oxunub : 779
Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
Avropa İttifaqı Ukraynanın Krım bölgəsinin ilhaqına görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini daha bir il uzadıb.
Azvision.az xəbər verir ki, bu barədə qərar Avropa İttifaqı Şurasının saytında yerləşdirilib. Bildirilib ki, sanksiyalar gələn ilin iyunun 23-dək qüvvədə olacaq.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı ilk sanksiyanı 2014-cü ilin martında tətbiq edib. Həmin vaxtdan sanksiyalar davam edir.

Azvision.az

Teqlər: Rusiya   Sanksiya