Gürcüstanın DİN rəhbəri istefaya razılaşdı

  21 İyun 2019    Oxunub : 1311
 Gürcüstanın DİN rəhbəri istefaya razılaşdı
Gürcüstanın Daxili Işlər naziri Georgi Qaxariya istefa verməyə hazır olduğunu bəyan edib.

Azvision.az xəbər verir ki, Tbilisdiə etiraz aksiyalarının keçirildiyi parlament binasının önünə gələn DİN rəhbəri bu barədə jurnalistlərə açıqlamasında deyib. O, zərurət yaranarsa, problemsiz istefaya gedəcəyini vurğulayıb.
Qeyd edək ki, hazırda Tbilisidə parlament binası önündə etiraz askiyaları keçirilir. Rusiyalı deputatların Gürcüstana səfərindən hiddətlənən sakinlər hökumətin istefasını tələb edirlər. Aksiya zamanı nümayişçilərlə polislər arasında qarşıdurma yaşanıb.

Azvision.az



Teqlər: Gürcüstan   DİN   Nazir   İstefa