`Bakı Avropa oyunlarına hazırdır`

`Bakı Avropa oyunlarına hazırdır`
  28 Noyabr 2013    Oxunub:1538
Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Avropa olimpiya komitələrinin Romada keçirilmiş 42-ci Baş Assambleyasının yekunlarını şərh edərkən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının təqdimatından da danışıb.
`Assambleyada çox maraqlı təqdimatlar, o cümlədən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının təqdimatı olub. Azərbaycan paytaxtı artıq bu oyunlara hazırdır: yeni stadionlar tikilib və belə güman etmək olar ki, I Avropa oyunları müvəffəqiyyətlə keçəcək. Hələlik proqramda idmanın bütün növləri əks olunmayıb, lakin biz orada olimpiya proqramına daxil olmayan idman növlərini – çimərlik futbolu, karate və başqa idman növlərini görəcəyik”,- deyə Jukov bildirib.


Teqlər:





Xəbər lenti