DİM: 3128 nəfər 600-dən çox bal yığıb
"Yüksək nəticə göstərənlər I qrupda 880, II qrupda 554, III qrupda 951, IV qrupda isə 743 nəfərdir. 29 nəfəri maksimal nəticə göstərib (700 bal). Son illərdə ən aşağı müsabiqə vəziyyəti xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə olub. Dövlət İmtahan Mərkəzi bunları nəzərə alaraq gənclərin bu ixtisaslara meyil və marağını artırmaq, onların qəbuluna hazırlığına kömək məqsədilə əvvəlki illərdə olduğu kimi, bu il də xüsusi qabiliyyət tələb edən ixtisaslara dair metodik materiallar hazırlanıb və müxtəlif maarifləndirici tədbirlər həyata keçirilib. Bundan əlavə, 2015-ci ildən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (I qrup-memarlıq ixtisası istisna olmaqla) ayrıca bir qrup - V qrup yaradılıb, qəbul imtahanın struktur və məzmun tərkibi dəyişdirilib. Nəticədə ötən illərlə müqayisədə müsabiqə vəziyyəti dəfələrlə artıb və V qrupa daxil olan ixtisaslara ayrılan 3307 plan yerinə 3593 abituriyent iddia edib".
Qeyd edilib ki, 2015-ci ildə 2355 plan yerinə 4293, 2016-ci ildə 2854 plan yerinə 3993 , 2017-ci ildə 3067 plan yerinə 3939 abituriyent iddia edib.
Aytən Zəhra
Azvision.az