Kənd məktəbləri bir çox fənlər üzrə Bakını qabaqlayır
“Belə rayonlara misal olaraq Qax, Şəki, Oğuz, Qəbələ, Salyan, Ordubad və İsmayıllı rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar. Məsələn, bu il Bakı şəhəri üzrə məzunların 88.57%-i, Sumqayıt şəhəri üzrə 90.45%-i qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə isə məzunların ən yaxşı halda 57–74%-i ali təhsil müəssisələrinə sənəd verib.
Cari ildə ölkənin 3222 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. 600 bal toplayan məzunlar bu məktəblərin yalnız 35.72%-nin təmsilçiləridir. Sayı 1151 olan bu məktəblərin 103-ü (8.95%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 27.95%-i onların məzunlarıdır. Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Şəmkir rayonu Düyərli kənd 1 saylı, Tovuz rayonu Alakol kənd, Şəki rayonu Baş Zəyzid kənd və Culfa rayonu Yaycı kənd 1 saylıtam orta məktəblərini göstərmək olar”
Aytən Zəhra
Azvision.az