Ermənistanda etirazlar: Erkən seçki tələb olundu

Ermənistanda etirazlar: Erkən seçki tələb olundu
  21 İyun 2019    Oxunub:2309
Ermənistanın Maralik şəhərinin Ani kənd sakinləri İrəvan-Gümrü yolunu 40 dəqiqə bağlı saxlayıblar.

Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları kənd icmasının rəhbəri Artak Qevorkyanın istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.
Aksiya zamanı İrəvandan gələn avtomobillərin sürücüləri ilə yerli sakinlər arasında dava olub. Narazı kəndlilər onların tələblərinin yerinə yetiriləcəyi şərti ilə yolu açıblar. Bildiriblər ki, əks təqdirdə yenidən yolu bağlayacaqlar.

Qeyd edək ki, uzun müddətdir vətəndaşlar Artak Qevorkyanın istefasını tələb edirlər və bununla bağlı dəfələrlə etirazlar keçirilib.

Azvision.az




Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti