Rusiya XİN Gürcüstandakı aksiyanı təxribat adlandırdı

  21 İyun 2019    Oxunub : 988
Rusiya XİN Gürcüstandakı aksiyanı təxribat adlandırdı
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Gürcüstanda baş verən etiraz aksiyalarını qorxulu təxribat adlandırıb.

Azvision.az xəbər verir ki, bu barədə Zaxarova "Facebook" səhifəsində yazıb.
"Radikalların təxribatı, partiyalar arasında hakimiyyət uğrunda mübarizə ... Siyasət ... Demokratiya. Mən ironiya etmirəm - bu müasir dünyanın reallıqlarıdır".

Zaxarova bildirib ki, Sergey Qavrilov Gürcüstana dəvətlə və sülh məqsədi ilə gedib. Onun heç vaxt anti-Gürcüstan fəaliyyəti olmayıb.

“Bəli, biz dünən təşkil edilmiş bu qorxunc təxribatı gördük, yeri gəlmişkən, turist fəslinin qızğın çağında. Kimsə zəmanət verə bilərmi ki, təxribatçılar tərəfindən qızışdırılan kütlə otelləri dağıtmağa çıxmayacaq? Kim indi Gürcüstanda buna zəmanət verəcək. Rusiya XİN suallar altında qalıb: rusiyalıların Gürcüstanı ziyarət etməsi ilə bağlı hansı tövsiyyələri var? Nəticə mənim üçün kədərlidir – dünən baş verənlər daha çox Gürcüstanın özünə zərər gətirdi”.

XİN rəsmisinin sözlərinə görə, Gürcüstan Avropanın təcrübəsini təkrarlayır: “Rusiyaya qarşı iqtisadi sanksiya müharibəsinə başladı və özü 5 ildir ondan əziyyət çəkir”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   XİN   Gürcüstan