Gürcüstanın yeni spikeri məlum oldu

Gürcüstanın yeni spikeri məlum oldu
  21 İyun 2019    Oxunub:2141
Hakim “Gürcü arzusu” partiyasının üzvü Arçil Talakvadze Gürcüstan parlamentinin yeni sədri vəzifəsinə irəli sürülüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, İrakli Kobaxidzenin istefasını elan edən partiyanın baş katibi Kaxe Kaladze bildirib ki, yeni sədr Arçil Talakvadze olacaq.

Qeyd edək ki, İrakli Kobaxidze ötən gün paytaxt Tbilisidə baş verən etiraz aksiyaları ilə əlaqədar spiker vəzifəsindən istefa verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Spiker  





Xəbər lenti