Gürcüstanda 305 aksiya iştirakçısı saxlanılıb

 Gürcüstanda 305 aksiya iştirakçısı saxlanılıb
  21 İyun 2019    Oxunub:1866
Tbilisinin Rustaveli prospektində müxtəlif hüquqpozmalara görə 305 nəfər aksiya iştirakçısı saxlanılıb.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər nazirinin müavini Vladimir Bortsvadze məlumat verib.
Nazir müavini bildirib ki, aksiya zamanı baş vermiş qarşıdurmada iştirakçılarla yanaşı, polis əməkdaşları da xəsarət alıblar.

Polisə məxsus texnika yararsız hala salınıb. Gürcüstan DİN Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə (qrup halında zorakılığın təşkili, zorakılığa rəhbərlik və ya bu hadisələrdə iştirak) araşdırma aparır.

Azvision.az



Teqlər: Gürcüstan   Etiraz   Aksiya  





Xəbər lenti