Tbilisidə etiraz aksiyası davam edir

   Tbilisidə etiraz aksiyası davam edir
  22 İyun 2019    Oxunub:2297
Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb.
Azvision.az xəbər verir ki, paytaxt Tbilisidə parlament binasının qarşısında iki mindən çox nümayişçi toplaşıb.

Etirazçılar Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını, dünən keçirilən aksiya zamanı saxlanılan vətəndaşların azadlığa buraxılmasını tələb edirlər.

Qeyd edək ki, ötən gün Rustaveli prospektində minlərlə insan rusiyalı deputatların Gürcüstana səfərinə etiraz edərək aksiya keçirib. Hökumətin istefasını tələb edən aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Müxtəlif hüquqpozmalara görə 305 nəfər aksiya iştirakçısı saxlanılıb.

Azvision.az



Teqlər: Gürcüstan   Etiraz   Aksiya  





Xəbər lenti