Eks-prezident Zelenskiyə mədəndə işləməyi təklif etdi

Eks-prezident Zelenskiyə mədəndə işləməyi təklif etdi
  22 İyun 2019    Oxunub:1730
Ukraynanın birinci prezidenti Leonid Kravçuk ölkənin hazırkı rəhbəri Vladimir Zelenskini məzəmmət edib.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, eks-prezident Zelenskinin komandasının işindən narazıdır.
Kravçuk deyib ki, onun dönəmində komanda üzvləri öz fikirlərini yalnız administrasiyanın daxilində söyləyirdilər, sadə insanlarla isə yalnız o və mətbuat katibi danışa bilərdi.

Kravçukun sözlərinə görə, indi prezident ayrı, müşavirlər isə başqa cür açıqlama verirlər. O, bu cür halların Pyotr Poroşenko və Leonid Kuçmanın vaxtında da olduğunu etiraf edib.

“Vurğulamaq istəyirəm ki, prezidentin sözü o qədər vacib və məsuliyyətlidir ki, o, hər bir cümləyə diqqət yetirməlidir”, - deyə keçmiş prezident vurğulayıb.

Kravçuk, həmçinin Zelenskinin administrasiya binasında işləməyin çətin olması barədə fikirlərinə də münasibət bildirib. Eks-prezident Zelenskiyə mədəndə çalışmağı təklif edib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Ukrayna   Zelensi   Kravçuk  





Xəbər lenti