4 ayda 378 azərbaycanlı qadın əcnəbiyə ərə gedib

 4 ayda 378 azərbaycanlı qadın əcnəbiyə ərə gedib
  22 İyun 2019    Oxunub:2209
2019-cu ilin yanvar-aprel ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ölkədə 18273 nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu müddət ərzində 668 Azərbaycan vətəndaşı xarici ölkə vətəndaşı ilə nikaha daxil olub.
Onlardan 378-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 290-u isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində 366 Azərbaycan vətəndaşı olan qadın xarici ölkə vətəndaşı olan kişi ilə ailə həyatı qurub, həmçinin 311 Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında nikah bağlanılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika   Nikah   Qadın   Əcnəbi  





Xəbər lenti