Tbilisidə tutulan etirazçılar arasında erməni də var

  22 İyun 2019    Oxunub : 989
Tbilisidə tutulan etirazçılar arasında erməni də var
Tbilisidə baş vermiş qarşıdurmalar zamanı saxlanılan etirazçılar arasında Ermənistan vətəndaşı da var.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan şəxs 1995-ci il təvəllüdlü Minas Minasyan Gürcüstanda təhsil alır. Məhkəmənin qərarına əsasən erməni tələbə 13 gün həbsdə saxlanılacaq.

Ermənistanın Gürcüstandakı səfirliyi faktla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə qurmağa çalışır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan   Etiraz